“Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım” – İlham Əliyev
- 28.02.2020, 16:55,
- Siyasət / Gündəm
- Baxılıb: 357
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım.
Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!