Bu gün oktyabrın 1-i İctimai Nəzarət Koalisiyasının yaranmasının 5 ili tamam olur

İNK ölkəmizin fəxrini əbədi yaşadanları unutmurİctimai Nəzarət Koalisiyasının yaranmasının 5 illiyi münasibətilə Fəxri Xiyabanda Ulu Öndərimiz-dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına ziyarət təşkil edilmişdir.
İNK-nın rəhbər heyəti ilə birlikdə təşkilatın bütün şəhər, rayon nümayəndəliklərinin rəhbər və üzvləri, eyni zamanda, respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri, bir çox digər təhsil, iqtisadiyyat, mühafizə xidməti orqanlarının, icra hakimiyyətləri və mətbuat nümayəndələrinin iştirak etdiyi ziyarət zamanı Rasim Məmmədovun çıxışı da dinlənilmişdir.
İNK-nın sədri, DAMM-nin I vitse-prezidenti, SİMİB-in rəhbəri, ictimai xadim Rasim Məmmədov çıxışında ölkəmizin düşmən təxribatı ilə mübarizəsinin gərgin günlərinə təsadüf edən bu əlamətdar gündə vətəndaşlarımızın həmrəyliyinin xüsusi əhəmiyyətindən danışmış, qələbə ümidlərinin reallaşacağı günün çox yaxında olduğuna inama səsləmişdir.
5 il öncə ölkə Prezidenti İlham Əliyevin İctimai Nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı ilk çağırışından dərhal sonra Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov tərəfindən yaradılan İctimai Nəzarət Koalisiyası ölkədə baş verən qanunsuzluq hallarının aradan qaldırılması yolunda durmadan mübarizə aparmış, cəmiyyətimizin müxtəlif təbəqədən olan nümayəndələrinin işgüzar fəaliyyətinə mənəvi və maddi dəstək olmuş, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə hərtərəfli köməklik göstərilməsi yolunda əlamətdar hadisələrin sahibi olmuşdur.
Xocalı soyqırımı şəhidlərinin Türkiyədə iki möhtəşəm abidəsinin və parkının yaradılıb formalaşmasında, respublikamızda bu kimi abidələrin qorunmasında, daimi ziyarətlərin təşkilində İctimai Nəzarət Koalisiyası rəhbərliyinin rolu əvəzedilməzdir.
İctimai Nəzarət Koalisiyasının Mərkəzi Qərargahına hər gün üzv yazılmaq üçün ziyarətçi axını davam edir. Eyni zamanda müxtəlif problemlərinin həlli ümidi ilə bu qərargaha üz tutanların hər birinin probleminin həlli istiqamətində durmadan işlər aparılır. Bir çox problemlərlə ölkə başçısının məlumatlandırılması da xüsusi əhəmiyyətli fəaliyyət sırasındadır.
İNK-nın böyük əhəmiyyət daşıyan, örnəkverici fəaliyyətləri cərgəsndə fiziki məhdudiyyətli insanlara da xüsusi yer ayrılmışdır.
Bu daimi qayğının nəticəsidir ki, bu kimi gənclər İNK-nın yubileyinə xüsusi konsert proqramı hazırlamışlar.
Ölkədə İctimai Nəzarətin gücləndirilməsində ilk addımların sahibi olan İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov gündəlik mütəmadi çıxışları, ictimai söhbətləri təşkilatın “ictimaixeber.az”, “ictimainezaret.info” eyni zamanda respublikanın onlarla xəbər saytları, qəzetləri, televiziya proqramları və digər internet şəbəkələrindən hər kəsə məlumdur.
Rasim Məmmədovun gündəlik, yorulmadan ictimaiyyəti oyanıqlığa, fəallığa, qanunsuzluqlarla mübarizəyə çağırışı mədəni-intellektual təbəqəmizin tanınması uğrunda çalışmalarla vəhdət təşkil edir.
Yüzlərlə ölkə prbleminin həllinə imza atmış, minlərlə insanın qəlbində ümid, cəsarət, mübarizə toxumu yaratmış, həyata baxışlarında müsbət enerjini bərpa etmiş bu insanın bir çox çıxışlarını İNK TV-nin youtube səhifələrində izləmək mümkündür.























 “ictimainezaret.tv”
Şou Biznes