Azərbaycan Kubada səfirlik açacaq
- 30.09.2020, 12:32,
- Siyasət
- Baxılıb: 249
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi daxil edilib.
"Ölkə.Az"ın məlumata görə, müzakirələr zamanı səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişaf etməsinə mühüm töhfə verəcəyi qeyd edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Qeyd edək ki, hazırda Kubada Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyət göstərir.