Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrində çıxışı ilə bağlı Türkiyənin “Haber Global” telekanalında geniş süjet yayımlanıb.
“İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq! BMT-dən belə səsləndi!” başlıqlı süjetdə Azərbaycan prezidentinin çıxışı zamanı Ermənistan təxribatlarından danışması xüsusilə qeyd edilib.
Həmçinin, bildirilib ki, İlham Əliyev Ermənistana silah göndərən ölkələrə sərt reaksiya göstərib.