Rusiyanın “Vaqner” muzdluları Azərbaycana niyə və hansı adla gəlib?

  • 21.09.2020, 14:12,
  • Siyasət
  • Baxılıb: 387
Rusiyanın “Vaqner” muzdluları Azərbaycana niyə və hansı adla gəlib?


"Amerika Mərkəzi "Vaqner Azərbaycanda" deyərkən işğal altındakı əraziləri nəzərdə tuta bilərdi”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ABŞ-ın Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatından danışarkən deyib. Onun sözlərinə görə, ABŞ-ın Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, Rusiyanın məşhur "Vaqner” muzdlularının ayaqlarının dəydiyi ölkələr içərisində Azərbaycan da var:

"Mərkəzin iddiasına görə "Vaqner” muzdluları 2016-cı ildə Serbiya və İndoneziya ilə yanaşı, Azərbaycanda da olublar. Məlumdur ki, "Vaqner” muzduları Suriyada, Liviyada, Donbasdakı savaşlarda iştirak edir, bəzi Afrika ölkəsində təhlükəsizliklə bağlı təlimlər keçirlər. Bundan baqşa "Vaqner” muzdlularının Belarusda prezident seçkisi öncəsində həbs olunmaları da böyük qalmaqala səbəb oldu. Bəs "Vaqner” muzdluları Azərbaycana niyə və hansı adla gəliblər? Bir də ki, Rusiya müzdluları Azərbaycana niyə gəlsinlər ki? Bizim onlara ehtiyacımız yoxdur. Nə zamansa kənar hərbi dəstəyə ehtiyacımız olarsa, döst dövlətlərə müraciət edərik. Bəlkə Amerikanın Araşdırma Mərkəzi Azərbaycanı Rusiyanın strateji müttəfiqi və "Vaqner”in Cənubi Qafqaz ölkələri içərisində gedə biləcəyi tək ölkə olan Ermənistanla səhv salıb? Rusiya muzdlularının Dağlıq Qarabağda erməni separatçılarına təlim keçməsi də istisna deyil. Amerika Mərkəzi "Vaqner Azərbaycanda" deyərkən işğal altındakı əraziləri nəzərdə tuta bilərdi”.

Politoloq qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirməlidir: 

"Fikrimcə, "Rusiyanın Azərbaycanda xəfiyyələri” adlı "hesabatla” eyni günlərdə "Vaqner 2016-cı ildə Azərbaycan olub” xəbərinin yayılması təsadüfə oxşamır. Aranı qatanlar var”.
  • Нравится
  • 0
Terrific facts Many thanks. meilleur casino en ligne Wonderful forum posts, Cheers. casino en ligne francais Kudos! Wonderful information. casino en ligne Amazing a lot of wonderful tips! casino en ligne You actually explained it well! casino en ligne France Awesome postings Kudos. casino en ligne Cheers, I value it! casino en ligne France Nicely put. Kudos! meilleur casino en ligne Many thanks, Helpful information! casino en ligne Seriously plenty of helpful advice! casino en ligne
действия
Şou Biznes