Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
- 12.09.2020, 14:13,
- Siyasət
- Baxılıb: 239
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.
Unikal.org-un məlumatına görə, Xətai rayon prokurorunun müavini Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.
Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.
Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.