Prezident məktəbdəki təmir işləri ilə tanış olub - Fotolar
		
			- 07.09.2020, 11:01, 
 
			- Siyasət / Gündəm
 
			- Baxılıb: 392
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		Prezident İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.
Dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirib. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.
Yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.




