Türkiyə Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə “Bir millət, iki dövlət” başlıqlı sənədli film hazırlayıb.
“Qafqazinfo”nun məlumatına görə, filmdə Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb.