Saleh Məmmədov: Prezident İlham Əliyevin milli intibah strategiyası: möhkəm təməl, davamlı inkişaf, uğurlu gələcək


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov  - Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar ALLAHA yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların ALLAH dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.
 


İsmayıllıda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, 3,8 milyon manat investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yolboyu bütün lazımi infrastruktur qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradacaq.
Sonra dövlətimizin başçısına Quşencə-Zoğallıq avtomobil yolunun tikinti layihəsi təqdim olundu.
Bildirildi ki, üç min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 25 iyun tarixli Sərəncamına əsasən, 2,9 milyon manat vəsait ayrılıb və tikinti işləri başa çatıb. Uzunluğu yeddi kilometr olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb.
Prezident İlham Əliyevə bütövlükdə ölkə üzrə kənd yollarının tikintisi vəziyyəti barədə də məlumat verildi.




Balakən rayonunda yeni kəndlərarası yolun yenidən qurulması yekunlaşıb

Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.
 
Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulması yekunlaşıb.
 
Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.
 
Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
 
Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilib, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılıb.
 
Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib.
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olandan sonra asfaltlanma işləri icra olunub. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.
 
Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
 
Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.
 
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.











Şou Biznes