Bütün Azərbaycanı qürurlandıran sadə vətəndaş — FOTO

  • 21.07.2020, 12:30,
  • Siyasət
  • Baxılıb: 202
Bütün Azərbaycanı qürurlandıran sadə vətəndaş — FOTO


Bütün Azərbaycanı qürurlandıran sadə vətəndaş
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ordumuzun düşmənə ağır zərbələr endirməsi ilə yanaşı yerli sakinlərdən birinin hərəkəti sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilib.
"Ölkə.Az" xəbər verir ki, "Polygon Azerbaijan" adlı səhifənin yaydığı görüntülərdə təmas xəttində Tovuz sakini ilə Azərbaycan ordusunun hərbçisi  arasında baş verən olay böyük rəğbətlə qarşılanıb. 

Belə ki, yayılan fotodan da göründüyü kimi Ağdam kənd sakini təmas xəttinə daxil olaraq düşmənin ağır artilleriya zərbələri qarşısında dayanan ordumuzun hərbçisinə bayraq təqdim edib. 

Hərbçimiz isə öz növbəsinə yerli sakindən bayrağı qəbul edərək onu öpərək yenidən posta qayıdıb. 

Bu olay zamanı nə yerli sakin, nə də hərbçimiz xəsarət almayıb. Düşmənin sıx atəşə tutduğu bir bölgədə hərbçi ilə sakin arasında baş verən bu olayın ictimailəşməsi hər iki tərəfə tərif yağdırıb. 

Sosial şəbəkədə istifadəçiləri Tovuz sakininin cəsarətini, zabitimizin isə bayrağı alarkən onu öpməsini təqdir edib.


Şou Biznes