ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı
- 15.07.2020, 10:19,
- Siyasət
- Baxılıb: 196
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mən Ermənistan və Azərbaycan arasında sərhəddə müşahidə etdiyimiz zorakılıqların artmasından çox narahatam və insanların məhv olmasını görməzdən əvvəl dərhal atəşin dayandırılmasına qayıtmağa çağırıram".
Report xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.
O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik vəziyyəti sabitliyə qaytarmağa çalışaraq tərəflərlə sıx əlaqələri dəstəkləyirlər. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə mexanizmlərin vəziyyətin deeskalasiyası üçün istifadə edilə biləcəyinə ümidini ifadə edib.