Adil Əliyevə daha bir yüksək vəzifə verildi
- 06.05.2020, 21:02,
- Siyasət
- Baxılıb: 231
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.
Bu barədə Fonddan bildirilib.
Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavinidir. Əvvəllər Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Baş Nazir, Milli Məclis sədrinin müavini, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.