“Rüşvətxorluq və korrupsiyaya qaşrı aparılan mübarizəyə mövqeyim birmənalıdır. Ona görə də Prezident tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı başladılan, bütün ölkəni əhatə edən bu siyasəti dəstəkləyirəm”.
Bunu “Ölkə.Az”a açıqlamasında İmişlinin deputatı Razi Nurullayev DTX-nın İmişlidə həyata keçirdiyi əməliyyatı nəticəsində RİH başçısı Vilyam Hacıyevin saxlamasına mövqeyini açıqlayarkən deyib:
"İstəyirəm, Azərbaycanda şəffaflıq və abadlıq hökm sürsün, vətəndaşların hüquqları ən yüksək səviyyədə təmin olunsun: “Həyata keçirilən əməliyyata gəldikdə isə onu deyə bilərəm ki, bununla bağlı artıq müvafiq qurumlar araşdırmalar aparır”.
Son günlərdə ölkə başçısı tərəfindən fəaliyyətində ciddi nöqsanlara yol verən RİH başçılarına qarşı həyata keçirilən əməliyyatlar barədə mövqeyini açıqlayan R. Nurullayev hesab edir ki, korrupsiya və rüşvətxorluğa qarşı başladılan proses müsbət bir sonluqla nəticələnəcək: “Bu proses ölkədə inkişafa öz müsbət təsirini göstərəcək”.
O əlavə edib ki, prosesin uğurla başa çatması kadr siyasətindən də asılıdır: “Müasir dünya görüşünə malik, dövlətçiliyə bağlı kadrların irəli çəkilməsi başladılan prosesi sürətləndirəcək.
Bu məsələ ilə bağlı xüsusi bir məqamı da qeyd edim ki, biz bu məsələləri önə çəkmişik və bu məsələlərdə iqtidar-müxalifət arasında əməkdaşlığın daimi inkişaf etdirilməsinin tərəfdarı olmuşuq”- deputat bildirib.
R. Nurullayev hesab edir ki, bu gün ölkədə yeni bir siaysi dönəm başlayıb və bu mərhələdəki proseslərdə iqtidar müxalifət birlikdə iştirak etməlidir: “Belə olarsa aparılan siyasət müsbət nəticə verə bilər. Biz buna hazırıq. Siyasi sahədə islahatlar gedir. Danışıqlar gedir, ciddi yeniliklər var. Ümid edirəm ki, həyata keçirilən islahatlar öz müsbətnəticəsini verəcək”.