Emin Musayev: Koronavirusla mübarizənin ön cəbhəsində dayananlardan biri də onlardır - POLİSLƏR!





Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayevdir.

Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Emin Musayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Emin Musayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Emin Musayevdən danışdılar yaxşı ki, Emin Musayev Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin olunub… Emin Musayev öz isguzarlığı ilə tanınır və seçilir….

Emin Musayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Emin Musayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Emin Musayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Emin Musayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Emin Musayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Emin Musayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Emin Musayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Emin Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Emin Musayev özünü doğruldub. Bizdə hörmətli Emin Musayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev - Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir 

Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük
 



Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq. 

İlk gündən Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu mübarizəyə qarşı Operativ Qərargah yaradılıb. Milyardlarla vəsait ayrılıb. Vətəndaşlarımızın sosial və iqtisadi problemlərinin həlli istiqamətində müəyyən İşçi Qruplar yaradılıb. Eyni zamanda Ali Baş Komandan televiziya ilə bizə müraciət edərək “evdə qalın” deyir, göstəriş verir. Əslində, Ali Baş Komandanın bu göstərişi hər birimiz üçün əmr kimi başa düşülməlidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət edərək deyir ki, belə bir zamanda şəfqət, məhəbbət, humanizm xoş əməllər göstərməyə, hamını həmrəy olmağa və evdə qalmağa çağırıram. Gəlin bunu da unutmayaq ki, koronavirusla mübarizədə Azərbaycan özünün Nümunəvi Modelini yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməaində Azərbaycanı koronavirusla mübarizədə öncüllərdən biri kimi qeyd edir.
 

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük. Onlar bizim təhlükəsizliyimizi qoruyarkən həm də özlərinin sağlamlıqlarını və həyatlarını təhlükə altına ataraq minlərlə insanla təmasda olurlar. Belə vəziyyətdə onlara görə ALLAHA dua etmək əvəzinə, böhtan atılması ALLAHsızlıqdır. Onlar da bizim balalarımız, qardaşlarımızdırlar. Gəlin, polisimizi qoruyaq! Onlara əlavə əziyyətlər verməyək!

ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!
 
  • Нравится
  • 0
  • Xwhsto
  • 29-11-2022, 13:03
  • : 13:03
buy levaquin pills order levofloxacin online
действия
Şou Biznes