Partiya sədri: "DTX-nın həyata keçirdiyi əməliyyatlar bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”
- 04.05.2020, 12:37,
- Siyasət
- Baxılıb: 241
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyası dövründə bütün diqqətini vətəndaşların sağlamlığının, onların sosial problemlərinin həllinə yönəltdiyi bir zamanda yerlərdə İcra hakimiyyəti başçılarının və məmurların bu siyasətin əksinə korrupsiyaya qurşanaraq, aztəminatlı ailələrin yardımına göz dikməsi dözülməz haldır. Ona görə də ölkə başçısının tapşırığı belə yaramaz hərəktələrə yol verən məmurların cəzalandırılması istiqamətində DTX-nın həyata keçirdiyi əməliyyatlar bütün cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir”.
Bunu “Ölkə.Az”a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Biləsuvarda həyata keçirilən əməliyyyat digərlərinə də dərs olmalıdır: “Baxmayaraq indiyədək bir sıra rayonlarda belə əməliyyat keçirilib, ancaq zaman göstərdi ki, hələ də bəzi məmurlar bunlardan nəticə çıxarmayıb. Odur ki, ölkə başçısı da məsələ ilə bağlı açıqlamasında bildirdi ki, bu insanlar ya əməllərdindən əl çəkib, şəffaf fəaliyyət göstərib xalqın yanında olmalıdır, ya da vəzifələrini icra edə bilmirlərsə, istefa verməlidirlər. Cənab Prezident onu da bəyan etdi ki, korrupsiyaya qarşı bundan sonra da amansız mübarizə aparılacaq. Hətta bəyan etdi ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarında araşdırma aparılır. Bundan sonra da fəaliyyətində nöqsanlara yol verən daha yüksək rütbəli məmurların cəzalandırılmasının şahidi ola bilərik”- partiya sədri bildirib.
Prezidentin ölkədə korrupsiyanın kökünün kəsilməsi istiqamətində siyasi iradəsinin ortada olmasını diqqətə çatdıran partiya sədri deyib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyevin yeni Baş prokuror vəzifəsinə təyin edilməsini bunun göstəricisi kimi dəyərləndirmək olar. “Çünki ölkə başçısı onu təyin edərkən videogörüşündə yeni Baş prokurordan qarşıdakı dönəmdə əsas diqqətini bu istiqamətə yönəltməyi tapşırdı. Prezident ölkədə korrupsiyaya qarşı genişmiqyaslı və ciddi mübarizə aparılacağının anonsunu verdi. Elə yeni Baş prokuror da fəaliyyətində əsas istiqamət kimi korrupsiyaya qarşı mübarizənin olacağını söylədi. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi islahatlar və atdığı addımlar cəmiyyətdə böyük ümidlər yaradır. Biz də siyasi partiya olaraq ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü siyasəti dəstəkləyirik”- A. Səmədov bildirib.