Deputat: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona adiyyatı yoxdur, rüşvət alır”

  • 01.05.2020, 12:59,
  • Siyasət
  • Baxılıb: 203
Deputat: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona adiyyatı yoxdur, rüşvət alır”


Bir rayonda İcra başçısı həbs olunur, digər rayonlarda isə icra başçıları rüşvət almağa davam edir.
Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Hesablama Palatasının  illik məruzəsinin müzakirəsi zamanı deyib.

 Onun sözlərinə görə,  bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apararaq əməliyyatlar keçirir: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona adiyyatı yoxdur. Digər rayonların icra başçıları rüşvət almağa davam edir. Onlar qorxmadan, əminliklə bunu davam etdirirlər. Nədənsə onların məsuliyyətdən yayınacaqlarına dair daxillərində bir inam var. Əgər bizdə insanlar bilsə ki, rüşvət verdiyinə görə sabah cinayət işi açılanda, onu da məsuliyyətə cəlb edəcəklər, onda qorxub rüşvət verməkdən yayınar”.

 Deputat onu da bildiirb ki, Hesablama Palatası yoxlamalar aparıb nöqsanları aşkar edir və bununla bağlı müvafiq dövlət qurumlarına təkliflər göndərir: “Dövlət qurumları isə əziyyət çəkirlər ki, qanunlarda boşluq olsun, onlar da bundan sui-istifadə etsin. Vüqar müəllim( Vüqar Gülməmmədov-red), buna görə də təklifləri bizə göndərin ki, o boşluqları görək və aradan qaldıraq. Biz qanunların icrası ilə məşğul olmuruq deyə boşluqları görmürük”.
 Deputat hesab edir ki. bütün bunlar bird aha sistemli islahatların həyata keçirilməsini zəruri edir: “Məhkəmə-hüququ sitemində islahatlar dərinləşdirilməlidir. Qanunvericilik bazası təkmilləşdirilməlidir”.
Şou Biznes