Yeni Baş prokuror ilk çıxışını etdi

  • 01.05.2020, 12:03,
  • Siyasət
  • Baxılıb: 214
Yeni Baş prokuror ilk çıxışını etdi


Yeni Baş prokuror  Kamran Əliyev  bundan sonra prokurorluğun qarşısında duran əsas fəaliyyət istiqamətləri barədə  məlumat verdi.
 
Milli Məclisdə çıxış edən K. Əliyev  ilk olaraq ona yüksək etimad gösətridiyinə görə Azərbaycanın siyasi rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə və millət vəkillərinə minnətdarlığını  bildirib.
 K.Əliyev bildirib ki, ölkədə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Bu islahatlar məhkəmə-hüquq sistemindən də yan keçməyib və bu  sahədə də islahatlar  həyata keçirilib. Dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanlarında da islahatlar həyata keçirilib və nəticədə professional kadr  bankı formalaşıb. Həyata keçirilən islahatlar prokurorluq orqanları qarşısında da mühüm vəzifələr qoyur”- K.Əliyev bildirib.
 
O deyib ki, bundan sonra  prokurorluq  orqanları fəaliyyətlərini 8 əsas istiqamət üzrə davam etdirəcək.  
 
O deyib ki, prokurorluq orqanları cinayətkarlığa qarşı ciddi mübarizə aparacaq, bu istiqamətdə DİN və DTX ilə birgə fəaliyyət göstərəcək, özəl və dövlət sektorunda  korrupsiyanın qarşısının alınması, kölgə iqtisadiyyatına, vergi və gömrük sahəsində, məhkəmələrdə  balanslaşdırılmış və humanism prinsiplərinə əməl olunması, beynəlxalq əlaqələrin qurulması istiqamətində quracaq.
 
K.Əliyev onu da bəyan edib ki,  bu yüksək tribunadan prokurorluq orqanları bundan sonra üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək,  dövlət və xalqa ləyaqətlə xidmət edəcək.
Şou Biznes