Milli Məclis yeni Baş Prokuroru SEÇDİ — SON DƏQİQƏ
- 01.05.2020, 11:47,
- Siyasət
- Baxılıb: 208
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclis Baş Prokurorun vəzifəyə təyin olunmasını müzakirə edib.
Azərbaycan prezidenti İlham Əliyevin yeni Baş prokurorla bağlı təqdimatını Milli Məclisə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib. Ə.Vəliyev bildirib ki, Prezident yeni Baş prokuror postuna Kamran Əliyevi təqdim edib. O deyib ki, K. Əliyevin prokurorluq orqanlarında fəaliyyəti yüksək qiymətləndirərək ona belə bir yüksək etimad göstərilib.
Məsələ ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, hələ 2000-ci illərin əvvəllərində prokurorluqda geniş islahatlar həyata keçirilib və gənc hüquqşünaslar işə qəbul edilib.
“Bu müddət ərzində 902 gənc hüquqşünas prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Bu gün prokurorluğun 70 faizi gənc kadrlardan ibarət olsa da, peşəkardırlar. Ümumiyyətlə, prokurorluq uğurlu fəaliyyət göstərir və bu fəaliyyətdə K.Əliyevin də rolu olub. Əminəm ki, K. Əliyev ona göstərilən etimadı doğruldacaq”-Ə.Hüseynli bildirib.
Məsələ səsə qoyularaq qəbul edilib.