Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 24.04.2020, 09:00,
- Siyasət
- Baxılıb: 280
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Məhəmməd Əhmədbəyli Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, ötən gün Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyevin işdən azad olunması barədə məlumat yaymışdıq.