Nazirlər Kabinetinin yüksək vəzifəli işçisi qovuldu — SON DƏQİQƏ
- 23.04.2020, 12:55,
- Siyasət
- Baxılıb: 204
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarılıb.
Bu barədə NK məlumat yayıb.
Məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (COVID -19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən onun işinə son verilib.