4 azərbaycanlı virusa görə Tiflisdə nəzarətə götürüldü
- 27.02.2020, 14:25,
- Səhiyyə
- Baxılıb: 340
Facebook
Вконтакте
Одноклассники
Google+
Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə 10 pasiyent yerləşdirilib.
Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin biri İtaliyadan gəlib: “Onlardan biri İtaliya, dördü Gürcüstan vətəndaşıdır. Beş nəfər isə İrandan gələn şəxslərdir və onların biri Gürcüstan, dördü isə Azərbaycan vətəndaşıdır”. /Report/