Koronavirusun müalicə üsulu tapıldı
		
			- 14.02.2020, 11:44, 
 
			- Səhiyyə
 
			- Baxılıb: 526
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		Çin həkimləri tərəfindən tətbiq olunan COVID-19 koronavirusundan sağalanların plazmalarının köçürülməsi metodikası pasiyentlərin müalicəsi üçün effektivliyini təsdiq edib. 
Bu barədə “Sinxua” agentliyi yerli tibb işçilərinə istinadən xəbər verib.
Uhan Xəstəxanasının rəhbəri Çjan Dinyu keçirdiyi mətbuat konfransında müalicənin yeni metodunun effektivliyi haqqında bildirib.
Eskpertlər izah edir ki, xəstəliyə qalib gələn bəzi insanların plazmasında koronavirusla mübarizədə kömək edən anticismlər aşkarlanıb.
Qeyd edək ki, Hubey əyalətində koronavirusa yoluxan 242 nəfər ölüb. 48 mindən çox insan bu virusa yoluxub.   /bakupost.az/