Alimlərlərdən koronavirus haqqında DAHA BİR YENİLİK — Bu yolla ölümün qarşısı alına bilər

  • 07.04.2020, 12:13,
  • Səhiyyə
  • Baxılıb: 336
Alimlərlərdən koronavirus haqqında DAHA BİR YENİLİK — Bu yolla ölümün qarşısı alına bilər


Verona və Padua Universitetlərinin mütəxəssisləri koronavirus səbəbiylə ölüm ehtimalını təyin etmək üçün yeni bir texnika kəşf ediblər.
Onlar  COVID-19-a yoluxan  insanların qanında  trombosit sayını araşdırıblar.  Alimlər vəziyyəti ağır olan  399 nəfərin xəstəlik tarixçəsini araşdırdıqdan sonra, qanda trombositlərin az miqdarının ciddi xəstəlik və ölüm riskini artırdığı qənaətinə gəliblər.

Bu barədə məlumatı "İzvestiya" nəşri yayıb.

Rus mütəxəssislər  də bu üsulun koronavirusa yoluxan  xəstələrin sağlamlığının qiymətləndirilməsində perspektivli ola biləcəyinə inanırlar.

İnsanlar  bu analizdən istənilən xəstəxanada asanlıqla keçə bilərlər.  

Bundan başqa alimlərin fikrincə, qanda trombositlərin sayı hemostatik sistemin vəziyyətini, qanın maye vəziyyətini qorumaq və qanaxmanı dayandırmaq üçün cavabdeh olan bəzi məqamları əks etdirir. Elm adamlarının fikrincə, zamnında trombositləri müalicə etməklə, ölüm sayını minimuma endirmək olar.
Şou Biznes