Videosu yayıldığı üçün işini itirən polislər... — FOTO

  • 03.09.2020, 09:47,
  • Maraqlı
  • Baxılıb: 430
Videosu yayıldığı üçün işini itirən polislər... — FOTO


Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdırlar.
Ancaq təəssüf ki, bəzən bu Kodeksdə qeyd olunan maddələrə əməl etməyənlər də olur. Vəzifəsi qanun keşiyində durmaq olan polisin xoş olmayan davranışını əks etdirən görüntülər dərhal sosial şəbəkələrdə ictimailəşir və qısa zamanda həmin şəxs ya cəzalandırılır, ya da işdən çıxarılır.

Elə ötən gün olduğu kimi. Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.



osial şəbəkələrdə yayılan videoda Kamran Abbasov anasının evinə gələrək onu təhqir edib, xəsarət yetirməyə cəhd göstərib. Bundan sonra ana onu evindən uzaqlaşdırıb. 

"Qafqazinfo" bu məqamda qeyri-etik davranışa görə sosial şəbəkələrdə geniş müzakirə olunan və nəticədə xidmətdən xaric edilən sabiq polis əməkdaşlarını təqdim edir:

İctimaiyyətə məlum olan xidmətdən uzaqlaşdırmalardan biri də bu ilin iyulunda baş verib.

Polis əməkdaşının işdən çıxarılmasına səbəb Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin şikayəti olub. Belə ki, S.Mahmudova şikayətində bildirmişdi ki, “Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona Messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.

Araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilmişdi.



Bu hadisədən 1 ay öncə DİN-in daha bir əməkdaşı xidmətdə yol verdiyi nöqsana görə işdən çıxarılmışdı. Belə ki, cari ilin iyun ayının 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən polis əməkdaşı qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətmişdi. Qadına “sən də, ərin də dovşansız” deyən polisin bu davranışı bağışlanılmaz hal kimi qiymətləndirilmişdi.



Nə qədər qəribə olsa da, bir polis əməkdaşı isə oğurluq etdiyi üçün işdən çıxarılıb. O, satışda olan sarı metal əşyanı götürüb cibinə qoyan zaman təhlükəsizlik kamerasına yaxalanmışdı. Polis əməkdaşının adı açıqlanmasa da, onun mühafizə idarələrinin birində çalışdığı DİN tərəfindən təsdiqlənmişdi. Hadisəni 2018-ci ildə törətdiyini etiraf edən polis əməkdaşının bu davranışı işdən çıxarılması ilə nəticələnmişdi.



Polisə yaraşmayan hərəkətə yol verənlərdən biri də Qusarda xidmət aparıb. Bu ilin aprelində sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubovun da Kodeksə uyğun olmayan davranışı bağışlanılmamışdı və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunmuşdu.



Daha bir polis əməkdaşı yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkdiyi üçün işindən olmuşdu. Bu hadisə 2017-ci ildə baş verib. 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanovun da polisə yaraşmayan hərəkəti bağışlanılmamışdı.



Ötən il isə aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilmişdi.

Həmin vaxt DİN-in məsələyə reaksiyası belə olmuşdu: "Yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.



2014-cü ildə isə bir polis əməkdaşının uniformada telefonla sevgilisi ilə danışarkən ağlamasını əks etdirən görüntülər yayılmışdı. Videodan belə məlum olurdu ki, polis sevdiyi xanımla ayrılmaqla barışmır və o, buna dözməyərək ağlayır. Sevgilisini itirən polis əməkdaşı bir müddət sonra işini də itirməli olur. Polis çavuşunun davranışı nizamnamə pozuntusu kimi qiymətləndirilmişdi.



Təbii ki, belə hallar təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrinin hüquq-mühafizə orqanlarında da baş verir. İnsan faktorunun olduğu yerdə bu kimi səhvlər qaçınılmazdır. Amma istənilən halda daxili işlər orqanlarında çalışan şəxs daşıdığı məsuliyyəti nəzərə alaraq mütləq şəkildə etik davranış Kodeksinə əməl etməlidir. Buna ciddi əməl edib nümunəvi xidməti ilə seçilənlər kimi... (qafqazinfo)

  • Нравится
  • 0
  • Ndnbom
  • 29-11-2022, 11:28
  • : 11:28
levaquin 500mg cost levofloxacin 500mg sale
действия
Şou Biznes