Bərdədə qadının amansız qətli — “Övladları olmayıb, əsas problemləri...”
- 28.02.2020, 10:15,
- Kriminal
- Baxılıb: 322
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə rayonunda qadının amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Oxu.az xəbər verir ki, rayonun Zümürxan kəndində kənd sakini 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızı yaşadığı evin mətbəxində baş nahiyəsindən aldığı bir neçə zərbədən ölüb.
Onun ölümündə həyat yoldaşı Vahid İbadov şübhəli bilinir.
Zümürxan kənd bələdiyyəsi Qürbət Nuriyev Oxu.Az-a deyilib ki, Vahid usta işləyib:
“Tahirə ilə 10 ilə yaxındır ki, evlidir. Onların uşaqları olmayıb. Kasıblıqla yaşayırdılar. Əsas problemləri kasıblıq olub. Qadının səhhəti ilə bağlı bəzi problemləri vardı”.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.