Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: 7 yaralılar var - RƏSMİ

  • 30.09.2020, 09:59,
  • Kriminal
  • Baxılıb: 341
Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: 7 yaralılar var - RƏSMİ


Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən bu gün, saat 08:00 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində yeddi nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanalara yerləşdirilib, o cümlədən, mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulub.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən, yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Şou Biznes