Futbol üzrə Azərbaycan milli komandasının Braziliya əsilli sabiq üzvü Andre Ladaqanın sosial şəbəkədəki son paylaşımı marağa səbəb olub. "Ölkə.Az" xəbər verir ki, veteran futbolçu saçlarını tamamilə saraldıb. 45 yaşlı futbolçunun bu addımı izləyicilərini təəccübləndirib. Qeyd edək ki, Ladaqa ölkəmizdə "Bakı" və "Karvan" klublarının şərəfini qoruyub. O, 2006-2008-ci illərdə milli komandamızda 11 oyun keçirib və 1 qol vurub.