Zinəddin Zidan “Real”ın tarixinə düşüb
- 15.06.2020, 12:45,
- İdman
- Baxılıb: 459
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniya La Liqasının XXVIII turu “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün tarixi hadisə ilə əlamətdardır.
Apasport.az xəbər verir ki, “Eybar”la qarşılaşma fransalı mütəxəssisin bu postda 200-cü görüşüdür.
Zidanın əvvəlki 199 oyununda yetirmələri 131 qələbə qazanıb, 42 heç-heçə edib və 26 dəfə uduzub. Madrid təmsilçisinin tarixində yalnız iki məşqçi 200-dən çox matçda iş başında olub. Bunlar Migel Munyos (605) və Visente del Boskedir (246).