Zelenski Ukraynada metroların bağlanmasına göstəriş verib
		
			- 17.03.2020, 10:58, 
 
			- Dünya
 
			- Baxılıb: 450
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkədə koronavirus səbəbindən bütün metro stansiyaları martın 18-i saat 12:00-dan etibarən bağlanmalıdır.
Strana.ua xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında bildirib. 
“İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, - deyə ölkə başçısı açıqlama verib.  
Onun sözlərinə görə, şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus/tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir.