Tramp koronavirusa görə yoxlanışdan keçmədi – Səbəb
		
			- 10.03.2020, 16:00, 
 
			- Dünya
 
			- Baxılıb: 430
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		Donald Tramp koronavirus yoxlanışından keçməyib. 
“Reuters”in xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, “Prezident COVID-19 (koronavirus) testindən keçməyib. Çünki o, COVID-19 virusuna yoluxması təsdiqlənmiş şəxslərlə yaxın əlaqədə olmayıb və prezidentdə bu virusun simptomları yoxdur. Prezident Tramp sağlamdır və həkimin yaxından nəzarəti davam edəcək.
Qeyd edək ki, bu günlərdə D. Trampın görüşdüyü senatorlardan ikisi virusa yoluxma ehtimalı ilə əlaqədar karantinə alınıb. Həmin senatorlar COVID-19-a yoluxması təsdiqlənmiş şəxsin də qatıldığı görüşdə olublar.