“Bu, Moskva ilə Bakı arasında normallaşma üçün vacib addım ola bilər”
- 04.09.2025, 10:19,
- Dünya
- Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər”.
TASS xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə danışıb.
“Rusiya vətəndaşlarının azad edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması istiqamətində vacib addımdır. Bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, konsul əməkdaşları iyulun 3, 14 və 23-də Bakıda saxlanılan rusiyalılara baş çəkiblər: “Dördüncü görüş üçün müraciət göndərilib, lakin hələ buna razılıq verilməyib”.