Tramp Vaşinqtonda ölüm cəzasını bərpa etmək istəyir
- 27.08.2025, 09:53,
- Dünya
- Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda qətl törətməkdə ittiham olunanların edam cəzasını tələb etmək niyyətində olduğunu bildirib.
Bu barədə o Ağ Evdə çıxışı zamanı deyib.
“Əgər kimsə paytaxt Vaşinqtonda kimisə öldürərsə, biz ölüm hökmü tələb edəcəyik və bu, çox güclü ehtiyat tədbiridir”, – o bildirib.
ABŞ prezidenti əmin edib ki, bununla paytaxtda cinayətkarlıq aradan qaldırılacaq.