Tiflis İrəvanın qapısını bağladı: Məhsullar zay olur…

  • 04.03.2020, 16:17,
  • Dünya
  • Baxılıb: 343
Tiflis İrəvanın qapısını bağladı: Məhsullar zay olur…


Yaxın günlərdə Ermənistan iqtisadiyyatı Gürcüstan hökumətindən böyük zərbə ala bilər.

Turkustan.info xəbər verir ki, bunu erməni biznesmen Vaqram Mirakyan deyib.

Onun sözlərinə görə, Gürcüstan Ermənistan şirkətləri və yükdaşıyıcıları tərəfindən daşınan İranın tərəvəz və meyvələrinin ölkəyə girişinə qadağa qoyub.

“Çoxlu sayda erməni şirkəti və fiziki şəxslər İrandan aldıqları meyvə və tərəvəzləri Ermənistan gömrüyündə qeydiyyatdan keçirir və Rusiya bazarında satır. Biz İran və Rusiya arasında vasitəçiyik. Biz pul qazanırıq, vergi isə Ermənistana qalır”, – Mirakyan bildirib.

İndi Gürcüstan erməni yük maşınları üçün keçidi bağlayıb. Hazırda İranın kivi, alma, pomidor və digər kənd təsərrüfatı məhsulları olan 60-a yaxın yük maşını Gürcüstan-Ermənistan sərhədində dayanıb.

“Təhlükə ondan ibarətdir ki, məhsul Ermənistanda qalsa, yerli bazarda çürüyəcək, çünki ölkədə bu qədər böyük istehlak yoxdur. Nəticədə qiymətlər fəlakətli şəkildə enəcək ki, bu da sektordakı bütün müəssisələrə, eləcə də yerli alma və ya tərəvəz satan qurumlara təsir edəcək. Şayiələr gəzir ki, Gürcüstan istənilən yük maşınının Ermənistana giriş-çıxışını qadağan etmək istəyir. Bütün hallarda diplomatik müdaxilə vacibdir”, – biznesmen bildirib.

Qeyd edək ki, Gürcüstan hökuməti koronavirus təhlükəsi səbəbindən Ermənistanla sərhədləri bağlayıb.
Şou Biznes