Latviyalı deputat Azərbaycana dəstək verdi: “Ərazi bütövlüyü toxunulmazdır”
- 30.09.2020, 10:52,
- Dünya
- Baxılıb: 303
Facebook
Вконтакте
Одноклассники
Google+
"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Beynəlxalq hüquq normalarına əsasən, digər dövlətlər kimi Azərbaycanın da ərazi bütövlüyü toxunulmazdır".
"Ölkə.Az" xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş (Artuss Kaiminš) bildirib.
“Latviya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun ərazisində hər hansı bir qurumu ikinci dövlət kimi tanımayıb”, - deputat deyib.
A.Kayminş qeyd edib ki, Sovet İttifaqının dağılmasından 30 ilə qədər vaxt keçməsinə baxmayaraq hələ də, ondan miras qalan münaqişələr yaşanmaqdadır: “Dağlıq Qarabağ münaqişəsi də bu acı miraslardandır”.
O bilridib ki, bu kimi münaqişələrin həllində uzun illərdir status-kvonun saxlanılması region üçün münaqişə təhdidi yaradır və arzuolunmaz haldır:
“Təəssüf ki, bu məsələ 30 ildən sonra sülh yolu ilə deyil, silah gücünə həll olur. Biz tezliklə bütün dünyada, o cümlədən də regionda sülhün bərqərar olunmasını istəyirik. XXI əsrdə mülki insanların münaqişələrdə həlak olması çox arzuolunmaz haldır”, - latviyalı deputat vurğulayıb.