Koronavirusa qarşı vaksinasiyaya əks göstərişi olan xəstəliklər — SİYAHI

  • 12.09.2020, 10:13,
  • Dünya
  • Baxılıb: 311
Koronavirusa qarşı vaksinasiyaya əks göstərişi olan xəstəliklər — SİYAHI


Bəzi xəstəliklər koronavirusa qarşı vaksinasiyada əks göstərişlərə malikdir.
“Veçernya Moskva”nın məlumatına görə, bu barədə rusiyalı həkim-immunoloq Vladislav Jemçuqov bildirib.

Mütəxəssis bunlar arasında immunodepressiv preparatların tətbiqi ilə əlaqəli xəstəlikləri vurğulayıb. Belə xəstəliyin ən sadə nümunəsi kimi o, onkoloji xəstəlikləri göstərib.
Həkim peyvəndlə əlaqəli bütün məsələlərin xəstənin həkimi tərəfindən həll edilməli olduğunu xatırladıb.

Bundan əlavə, Jemçuqovun sözlərinə görə iltihablı və otoimmün xəstəlikləri, qanın sistemli xəstəlikləri və Qırmızı qurd eşənəyi xəstəliyi olanlara COVID-19-a qarşı peyvənd vurdurmaq olmaz. (oxu.az)
Şou Biznes