Tramp “TikTok”a güzəşt etmədi

  • 11.09.2020, 12:06,
  • Dünya
  • Baxılıb: 361
Tramp “TikTok”a güzəşt etmədi


ABŞ Prezidenti Donald Tramp Çin mərkəzli “TikTok” tətbiqetməsinə 15 sentyabr tarixinə qədər verilən müddətin uzadılmayacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə noyabrın 3-də keçiriləcək seçkilər üçün əsas ştatlardan biri olan Miçiqan səfərindən əvvəl jurnalistlərə verdiyi müsahibədə bildirib.

“Bu ölkədə “Tiktok”u ya təhlükəsizlik səbəbiylə bağlayacağıq, ya da bu tətbiqetməni başqa bir ABŞ şirkətinə satacağıq”,- deyə Amerika lideri qeyd edib.

Xatırladaq ki,  avqustun 3-də Donald Tramp “TikTok”un ABŞ qolunun Amerika şirkətinə satılmayacağı təqdirdə, sosial media platformasının 15 sentyabrda qadağan ediləcəyini açıqlamışdı.

Elə həmin gün ABŞ-ın qabaqcıl texnoloji şirkətlərindən biri olan “Microsoft”un verdiyi açıqlamada, “TikTok” tətbiqinin ABŞ aktivlərinin alınması yönündə danışıqların aparıldığı bildirilmişdi.
Şou Biznes