Varlılar 139 milyard dollar itirdi
- 25.02.2020, 13:30,
- Dünya
- Baxılıb: 447
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyanın 500 ən varlı adamının sərvəti toplam olaraq 139 milyard dollar azalıb.
Bloomberg xəbər verir ki, bunun səbəbi ABŞ və digər ölkələrin fond birjalarında indekslərin ciddi şəkildə aşağı düşməsi ilə bağlıdır.
Bildirilir ki, bu, 2016-ci ilin oktyabrından bəri ən böyük itkidir. Daha çox itirənlər fransız kompaniyası LVMH-in (Louis Vuitton Moet Hennessy) baş direktoru Bernar Arno və “Amazon” şirkətinin rəhbəri Ceff Bezosdur. Adıçəkilən milyarderlər hərəyə 4.8 milyard dollar itirib. Bununla belə, Bezos hələ də dünyanın ən varlı adamlarının siyahısında ilk pillədə qərarlaşıb, Arno isə üçüncü sıradadır.
Bundan başqa, “Zara” mağazalar şəbəkəsinin sahibi Amansio Orteqi 4 milyard dollara yaxın pul itirib. “Facebook” kompaniyasının rəhbəri Mark Zukerberq və “Google” şirkətinin yaradıcılarından olan Larri Peycin sərvəti isə 3.48 – 2.7 milyard dollar azalıb.
Ötən il dünyanın ən varlı adamlarının sayı 10 faiz artıb. Onların ümumi sərvəti 26,6 трilyon dollara çatıb. /Yenisabah.az/