İtaliyada koronavirusa yoluxma halları artdı — Diskotekalar bağlandı

  • 17.08.2020, 09:39,
  • Dünya
  • Baxılıb: 280
İtaliyada koronavirusa yoluxma halları artdı — Diskotekalar bağlandı


Ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artmasına görə İtaliya hökuməti diskotekaların, o cümlədən açıq havada keçirilən rəqs meydançaları və çimərliklərin bağlanmasına dair göstəriş verib.
APA xəbər verir ki, müvafiq əmrin imzalanması barədə Səhiyyə naziri Roberto Speranza özünün “Facebook” səhifəsində bildirib.

“Yeni sərəncam imzalanıb. Açıq və qapalı vəziyyətdə olan bütün rəqs meydançalarının fəaliyyəti dayandırılır. Sıxlıq olan istənilən ictimai yerlərdə maska taxmaq məcburiyyəti saat 18:00-dan səhər saat 06:00-dək tətbiq olunacaq”, - deyə nazir yazıb. O qeyd edib ki, sentyabrda məktəblərin açılması prioritet olaraq qalır.
Qeyd edək ki, diskotekalar iyul ayının ortalarında karantindən sonra açılmasına icazə verilən son məkanlar idi. Ancaq bəzi bölgələrdə yerli hakimiyyət orqanları onların fəaliyyətinə daha əvvəl icazə vermişdilər. Hökümətin bu qərarı bölgələrin sərbəst qərar verməsini qeyri-mümkün edir. Bütün diskotekaların azı 7 sentyabradək bağlı qalması tələb olunur.

Son iki həftədə İtaliyada infeksiyaya yoluxma hallarının sayında ciddi artım müşahidə olunur – iyun və iyul aylarında gün ərzində 200 yoluxmadan 15 avqustda 600 yoluxmayadək. Bu, hələ ki may ayının sonundan bəri rekord saydır, ancaq virusoloqların proqnozlaşdırdığı kimi, yalnız bir neçə gündən sonra gündəlik yoluxma halları 1000 nəfərdən çox ola bilər ki, bu da xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayının artmasına səbəb olacaq.

Xatırladaq ki, İtaliyada pandemiya başlayandan bəri koronavirusa yoluxanların sayı 253 minə çatıb, onlardan 35 mindən çoxu dünyasını dəyişib
Şou Biznes