Rusiya koronavirusla mübarizədə kömək etmək üçün Qazaxıstana dərman tədarük etməyə başlayıb.
Bu barədə Səhiyyə nazirinin müavini Oleq Qridnev "Rossiya 24" telekanalına açıqlama verib.
"Bu dərmanların siyahısı artıq müəyyənləşdirilib, humanitar yardımlar yaxın vaxtlarda Qazaxıstana çatacaq",-deyə Qridnev bildirib.
Onun sözlərinə görə, ilk yardım təyyarəsi iyulun 7-də axşam Qazaxıstana yola düşüb.
Qeyd edək ki, Qazaxıstanda 51 059 insan koronavirusa yoluxub, 264 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.