Yeni virus daha bir pandemiyaya səbəb ola bilər
- 30.06.2020, 13:02,
- Dünya
- Baxılıb: 255
Facebook
Вконтакте
Одноклассники
Google+
Çinli alimlər daha bir pandemiyaya səbəb ola biləcək donuz qripinin əvvəllər bilinməyən yeni növünü kəşf ediblər.
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın “Proceedings of the National Academy of Sciences” jurnalında məlumat verilib.
Sözügedən virusun 2009-cu il pandemiyasına səbəb olan (H1N1) pdm09 virusunun genlərini daşıdığı məlum olub. G4 EA H1N1 adlandırılan yeni virusun 2016-cı ildən etibarən donuz populyasiyalarında geniş yayıldığı qeyd olunub.
Mütəxəssislər virusun yaxın gələcək üçün təhdid olmadığını, lakin insanlara yoluxma riski daşıdığını və pandemiyaya çevrilməməsi üçün diqqətlə izlənilməli olduğunu bildirib.