43 min vətəndaşı koronavirusdan ölən ölkənin çimərliyində təəccübləndirən "mənzərə" — FOTO

  • 26.06.2020, 12:58,
  • Dünya
  • Baxılıb: 246
43 min vətəndaşı koronavirusdan ölən ölkənin çimərliyində təəccübləndirən "mənzərə" — FOTO


Ötən gün çəkilən kadrlar təəccübləndirir.
Milli.az bildirir ki, İngiltərənin Southend ve Bournemouth çimərliklərində çəkilən kadrlar birmənalı qarşılanmayıb.

Çimərliklərdə lentə alınan fotolarda minlərlə insanın sosial məsafə gözləmədən qumluqda dincəlməsi əks olunub.
Britaniya mətbuatında bu "mənzərə"nin Baş Nazir Boris Consonun sosial məsafəni 2 metrdən 1 metrə azaltmasından sonra yarandığı qeyd olunub.

Karantin rejiminin yumşaldılması normal qarşılanmayıb, ekspertlər ikinci dalğanın olacağını ehtimal etdiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Birləşmiş Krallıqda bugünədək koronavirusdan 43081 insan ölüb.
Şou Biznes