Türkiyədə bu qadağalar götürüldü

  • 10.06.2020, 09:58,
  • Dünya
  • Baxılıb: 230
Türkiyədə bu qadağalar götürüldü


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra karantinin yumşaldılması prosesində alınan yeni qərarları açıqlayıb.
Qafqazinfo yeni qərarları təqdim edir:

- Restoran, kafe və qiraətxanaların bağlanma saatı 22:00-dan 24:00-dək uzadılıb;

- Kinoteatr, teatr və şou mərkəzləri iyulun 1-dən fəaliyyətə başlayacaq;

- 65 yaşdan yuxarı vətəndaşlar həftənin bütün günləri saat 10:00-dan 20:00-dək küçəyə çıxa biləcəklər;

- 18 yaşdan aşağı şəxslər üçün qadağa isə yalnız valideyn himayəsində çölə çıxmaq şərti ilə aradan götürülür;

- Milli parklar və təbii parklar 18 yaşdan böyük kişi və 65 yaşdan böyük şəxslər üçün ödənişsiz olacaq;

- Nikah zalları 15 iyundan, toy zalları isə 1 iyuldan etibarən fəaliyyətə başlayacaq.
Şou Biznes