Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu

  • 01.06.2020, 10:42,
  • Dünya
  • Baxılıb: 269
Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu


Bu gün Türkiyədə koronavirusdan daha 25 nəfər vəfat edib.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 540 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutka ərzində 989 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 127 973 nəfərə çatıb.


Şou Biznes