Üç bələdiyyə sədri qovuldu – ŞOK İTTİHAM
- 15.05.2020, 12:23,
- Dünya
- Baxılıb: 247
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Daxili İşlər Nazirliyi üç vilayətdə HDP partiyasından bələdiyyə başçılarını vəzifələrindən uzaqlaşdırıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Siirt bələdiyyə sədri Berivan Helen Işık, Baykan bələdiyyə sədri Ramazan Sarsılmaz və Kurtalan bələdiyyə sədri Baran Akgül vəzifəsindən uzaqlaşdırılıb.
Əsasən etnik kürdlərin partiyası olan HDP partiyasının üzvü olan üç siyasətçinin yerinə Ali Fuat Atik, Mehmet Tunç və İhsan Emre Aydın təyin edilib.
Daxili İşlər Nazirliyi bu qərarını kürd bələdiyyə sədrlərinin qanunsuz olaraq bələdiyyələrin imkanlarından PKK terror təşkilatı və onun uzantılarına yardımçı olduqları ilə izah edib:
“Bizim əlimizdə bu bələdiyyə sədrlərinin terror təşkilatları ilə yaxın əlaqələri olduğu, terror təşkilatlarına dəstək verdikləri ilə bağlı dəlillər var. Buna görə də Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı “Bələdiyyələr Haqda Qanunun 47-ci maddəsinə istinadən onları vəzifələrindən uzaqlaşdırmağa və vəzifələrinə valiləri təyin etməyi qərara aldıq”. /Cebhe.info/