Pandemiya milyarderlərin sayının azlamasına yox artmasına səbəb olub

  • 28.04.2020, 10:45,
  • Dünya
  • Baxılıb: 240
Pandemiya milyarderlərin sayının azlamasına yox artmasına səbəb olub


Koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic vəziyyətində salmasına baxmayaraq, bu heç də milyarderlərin sayına təsir etməyib. Əksinə say daha da çoxalıb. Baxmayaraq ki, 2009-cu ildəki qlobal böhran milyarderlərə daha pis təsir etmişdi. Bir çox milyarderlər müflis vəziyyətinə düşdü. Lakin 2020-ci ildəki pandemiya dövründə milyarderlər 2009-ci ilədəkindən daha çevik tərpənəkər özlərini böhrandan xilas edə bildilər. Bunun nəticəsi olaraq, 2020-ci ildə dünyanın ən varlı insanları reytinq cədvəlində 2000-dən artıq insan yer alıb.
 Forbes xəbər verir ki, 2010-cu illə müqayisədə 2020-ci ildə milyarderlərin sayı təqribən 3 dəfə artıb. Forbesin 7 apreldə   elan etdiyi 2020-ci ilin ən varlı insanları reytinq cədvəlinə 2095 nəfər düşüb. Əgər 10 il əvvəl  dünya milarderlərinin ümumi sərvəti 3.5  trilyon dollar həcmində dəyərləndirilirdisə, 2020-ci ildə bu rəqəm 8 trilyon dollara çatıb. Ötən 10 ildə dünyanın  61 ölkəsində milyraderlər meydana gəlib. Son 10 ildə daha çox milyarderlər  Asiya ölkələrində ortaya çıxıb. Bu siyahıya isə Çin liderlik edir. Əgər 2010-cu ildə Çində cəmi 64 milyarder var idisə, 2020-ci ildə bu say 389-a çatıb. Bura hələ Honqkonq milyarderləri daxil deyil. Honqkonda ötən 10 ildə milyarderlərin sayı 41-dən 66-ya qalxıb. Bu müddətdə   Tailandda  milyarderlərin sayı 3-dən 20-yə, Sinqapurda 4-dən 26-ya, Hindistanda 53-dən 102-yə  qalxıb. Rusiyada isə milyarderlərin sayı 40-dan 102-yə qalxıb.

Buna baxmayaraq, bəzi ölkələrdə  son 10 ildə milyarderlərin sayında azlama qeydə alınıb. Bunlar Səudiyyə Ərəbistanı, Türkiyə, Belçika və Yeni Zelandiyadır.

Milyarderlərin sayına görə top 10-luq aşağıdakı kimidir.

Çin-389, ABŞ-614, Almaniya-107, Hindistan-102,  Honqkonq-66, Rusiya-102, Fransa-39, Brazilya-45, İsveçrə-35, İtaliya-36 milyarderlər dünyanın top onluğunda yer alıb.
Şou Biznes