Daha bir il maska taxmalıyıq — ABŞ-dan XƏBƏRDARLIQ
		
			- 15.04.2020, 09:00, 
 
			- Dünya
 
			- Baxılıb: 337
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		ABŞ-ın Florida Dövlət Səhiyyə İdarəsinin baş katibi Skott Rivkees, yeni növ koronavirusun (Kovid-19) yayılmasının qarşısını almaq üçün ən azı bir il ərzində maska taxmaq lazım olduğunu bildirib.
Baş katib CBS Mayami televiziyasına açıqlamasında "Koronavirusa qarşı peyvənd tapılana qədər maska taxmaq yeni normal halımıza çevrilməlidir. Biz buna özümüzü uyğunlaşdırmalı və qorumalıyıq",- deyib.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci və digər mütəxəssislər də 12-18 ay müddətində maska taxmağın vacibliyini vurğulayıblar.