Vuhanda günlər sonra yenidən koronavirus AŞKARLANDI
- 01.04.2020, 14:40,
- Dünya
- Baxılıb: 261
Facebook
Вконтакте
Одноклассники
Google+
Bütün dünyanı təsiri altına alan koronavirusun yayıldığı yer olan Çinin Vuhan əyalətində günlər sonra yenidən yoluxma qeydə alınıb.
Çinin rəsmi xəbər agenti ''Xinhua''da yer alan xəbərə görə həkimlər Hubeydə koronavirusa yoluxan yeni xəstə aşkarlayıblar. Onlar bildiriblər ki, virusun aşkarlandığı xəstə Vuhan əyalətinin sakini deyil və o şəhərə başqa ərazidən daxil olub. Belə ki, Vuhanın yerli sakinlərindən heç birində COVİD-19 virusu aşkarlanmayıb.