Suriya və Türkiyə orduları arasındakı toqquşma barədə Rusiyadan VACİB AÇIQLAMA
- 11.02.2020, 14:00,
- Dünya
- Baxılıb: 376
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya İdlibdəki vəziyyəti narahatlıqla izləyir”.
Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Moskva bölgədəki vəziyyəti diqqətdə saxlayır. Peskov yaxın günlərdə prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Moskvada görüşün ola biləcəyini istisna etməyib. “Lakin hazırda bununla bağlı konkret plan yoxdur” – deyə Peskov bildirib.
Qeyd edək ki, İdlibdə Suriya və Türkiyə orduları arasında toqquşmalar davam edir. Türkiyə ordusu ümumilikdə 12, qarşı tərəf isə 200-ə yaxın itki verib. /Publika.az/