
8 noyabr Azərbaycan xalqının qanla, canla yazdığı ən şərəfli tarix səhifələrindən biridir. Bu gün, təkcə qələbənin rəsmiləşdiyi bir tarix deyil, həm də əsrlərlə yaddaşlarda yaşayacaq milli qürur günüdür. İkinci Qarabağ müharibəsində qazanılan parlaq zəfər, Azərbaycan dövlətinin gücünü, xalqın birliyini, ordunun rəşadətini və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsini dünyaya göstərdi.
Şuşanın azad edilməsi 28 illik həsrətin sonu, ədalətin bərpası, tarixin öz yerinə qayıtması idi. Bu qələbə sıradan bir hərbi əməliyyat deyildi, bu, Azərbaycan xalqının haqq mübarizəsinin zirvəsi idi. O gün təkcə torpaqlar işğaldan azad olunmadı, həm də xalqımızın qüruru, ləyaqəti və tarixi ədaləti öz yerini tapdı.
Zəfər Gününün beşinci ildönümü həm də Azərbaycan xalqının yenidən quruculuq, bərpa və böyük qayıdış mərhələsinin rəmzidir. Artıq işğaldan azad olunmuş torpaqlarda həyat var. Çıraqlar yanır, yollar salınır, məktəblər, xəstəxanalar, evlər tikilir. Vətənə qayıdan hər bir ailə bu gün dövlətin gücünü və qayğısını öz həyatında hiss edir.
Bu gün Qarabağda yeni şəhərlər qurulur, müasir kəndlər salınır, illər boyu dağıdılmış torpaqlar yenidən nəfəs alır. Elektrik xətləri çəkilir, su sistemləri bərpa olunur, yollar salınır. Dövlətimiz yeni həyatın təməlini ən yüksək səviyyədə formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu möhtəşəm layihələr, Qarabağın gələcəyinin necə parlaq olacağını açıq şəkildə göstərir.
Xalqın uzun illərdir içində daşıdığı qayıdış arzusu gerçəkləşib. Adına Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər və Ağdam olan torpaqlar yenidən azad nəfəs alır. Bu gün o torpaqlarda tikilən hər ev, qurulan hər yol, hər bir məktəb və xəstəxana gələcəyə qoyulan möhkəm imzadır.
Bu tarixi qələbə həm də Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyinin, dəmir iradəsinin, qəti qərarlarının nəticəsidir. Prezidentimizin dünya siyasətində göstərdiyi prinsipial mövqe, haqq səsimizi beynəlxalq tribunalarda səsləndirməsi, ordumuzun gücünə verdiyi dəstək, xalqla dövlət arasındakı birliyi daha da gücləndirdi. Bu gün dünya Azərbaycanın gücünü, nüfuzunu və söz sahibliyini açıq şəkildə qəbul edir.
Qarabağ artıq təkcə azad olunmuş torpaq deyil, həm də inkişafın mərkəzidir. Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Hava Limanı, Zəngilan “Ağıllı kənd” layihəsi, Şuşada bərpa edilən tarixi abidələr – bunlar hamısı gücümüzün göstəricisidir. Bu torpaqlar yenidən mədəniyyətin, turizmin, iqtisadiyyatın, sənayenin məkanına çevriləcək.
Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanıldı. Torpaqlar uğrunda canından keçən hər bir qəhrəman Azərbaycan tarixinin ən uca zirvəsində dayanır. Bayrağımızın Şuşada, Füzulidə, Zəngilanda dalğalanması onların qəhrəmanlığının nəticəsidir. Hər bir azərbaycanlı bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbə ilə fəxr edir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov olaraq bu tarixi günü dərin qürur hissi ilə qeyd edirik. Xalqımız məhz həmin gün bir daha sübut etdi ki, Azərbaycanın gücü həm meydanda, həm masada söz sahibidir. Bayram Muradov bildirir ki, 8 noyabr təkcə hərbi zəfərin deyil, həm də Azərbaycan xalqının qələmi ilə yazdığı yeni tarix mərhələsinin başlanğıcıdır.
Bu gün Qarabağa qayıdan ailələrin gözlərində sevinc, qürur və ümid var. Onların yeni tikilmiş evlərə köçməsi, övladlarını azad torpaqlarda böyütməsi, həyatın yenidən canlanması ən böyük qələbələrdən biridir. Dövlətimizin yaratdığı bu şərait, Azərbaycan xalqının rifahı üçün görülən nəhəng işlərin bariz nümunəsidir.
Hər gün Qarabağda yeni tikililər yüksəlir, yeni layihələr həyata keçirilir. Bütün regionu dəyişəcək “Böyük Qayıdış” proqramı, işğaldan azad olunmuş bölgələrin tamamilə müasir və təhlükəsiz infrastrukturla təmin edilməsi dövlətin gücünü göstərir. Bu, illərlə dağıdılmış torpaqları cənnətə çevirmək prosesidir.
Zəfər yalnız hərbi qələbə deyil, həm də xalqın mənəvi dirçəlişi, birliyinin simvoludur. Bütün dünya gördü ki, Azərbaycan ordusu torpaq uğrunda canını fəda edən, haqqı üçün ayağa qalxan, güclü və nizamlı bir ordudur. Bütün beynəlxalq ekspertlər bu hərbi əməliyyatı XXI əsrin ən uğurlu və strateji müharibələrindən biri kimi qiymətləndirdilər.
Şuşanın azadlığı bütün Türk dünyasının qələbəsidir. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, ən dəyərli mədəni irsimizin mirasıdır. Bu gün Şuşada keçirilən beynəlxalq tədbirlər, festivallar, bərpa edilən tarixi abidələr göstərir ki, şəhər yenidən öz şəklini alır. Bayram Muradov bildirir ki, bu, xalqımızın mədəni gücünün və dövlətin böyük diqqətinin nəticəsidir.
Bu qələbənin müəllifi Azərbaycan xalqının birliyi, ordumuzun gücü və Ali Baş Komandanın iradəsidir. Prezident İlham Əliyev bu gün də bölgədə sabitliyin qorunması, Qarabağın yenidən qurulması üçün yorulmadan çalışır. Dünyanın ən güclü dövlətləri belə Azərbaycanın bu mövqeyini açıq şəkildə qəbul edir.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir: “Biz qalib xalqıq!”. Hər dəfə 8 noyabr gəldikdə bu sözlər daha gur səslənir. Çünki bu tarix bizim gələcəyimizi dəyişdi. Uşaqlarımız artıq işğal yox, qələbə tarixini öyrənir. Məktəblərdə Qarabağdan, Şuşadan, Füzulidən qürurla danışılır.
İşğaldan azad edilmiş torpaqlarda tikilən müasir xəstəxanalar, səhiyyə mərkəzləri insanların rifahı üçün atılan böyük addımlardır. Beyləqan RMX-nın direktoru Bayram Muradov vurğulayır ki, dövlət hər bir azərbaycanlının sağlam və təhlükəsiz həyatını təmin etmək üçün ən müasir standartlarla infrastruktur yaradır. Bu, müharibə yox, həyatın, rifahın və inkişafın simvoludur.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət regionda yeni reallıq yaradıb. Hər kəs anlayır ki, Cənubi Qafqazda güc mərkəzi Azərbaycan dövləti və onun siyasi iradəsidir. Bu, təkcə hərbi sahədə yox, diplomatiyada, iqtisadiyyatda və beynəlxalq münasibətlərdə öz təsirini göstərir.
Azərbaycanın Zəfər Günü gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq. Hər il bu tarix daha böyük coşqu ilə qeyd ediləcək. Qarabağın dirçəlməsi bu qələbənin ən gözəl davamıdır.
Bu bu gün həm də bir daha onu göstərir ki, biz bu torpaqların əsl sahibləriyik. Qayıdış başlanıb və bu proses artıq geri dönməzdir. Azərbaycan xalqı bu torpaqlarda qurur, yaşadır və inkişaf etdirir.
Zəfərin beşinci ili bir daha sübut edir ki, Azərbaycan xalqı birlikdə olanda heç bir güc onun qarşısında dayana bilməz. Bu gün hər evdə, hər ailədə, hər yüreəkdə qələbənin qüruru var. Dövlətin gücü, xalqın inamı, ordunun rəşadəti bir daha tarixə yazıldı.
Azərbaycan qalib dövlətdir. Bu gün bütün dünya bunu bilir və qəbul edir. Qarabağda dalğalanan üçrəngli bayraq bu qələbənin əbədi rəmzidir.
Bayram Muradov olaraq bildirirəm ki, biz bu tarixi qələbəni hər zaman uca tutacağıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə minnətdarıq, dövlətimizə və Prezidentimizə güvənirik. Beş ildir ki, torpaqlarımız azaddır və bundan sonra Qarabağda yalnız həyat, inkişaf və ədalət olacaq.
Zəfər Günün mübarək, Azərbaycan! Qoy hər zaman bu torpaqlarda sülh, rifah və qələbə hökm sürsün!