Məmməd Musayev: Əlaqələrin gücləndirilməsi prioritetdir

Məmməd Musayev: Regionların inkişafı ilə bağlı görülən işlər şəxsən cənab Prezidentin nəzarətindədir

"Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev - “Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana işgüzar səfəri də bunu bir daha təsdiqləyir”. 

 Prezident İlham Əliyev Tacikistana səfər çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin parlaq nümunəsidir.   

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Təsadüfi deyil ki, son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə doqquz dəfə səfər edib. Dövlətimizin başçısının toplantıda dediyi kimi, ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı bildirib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Məlumdur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Bundan əlavə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağı gözlənilir.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.

“Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində türk dünyası ilə münasibətlər də böyük əhəmiyyət kəsb edir. Dövlətimizin xarici siyasətində Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə hərtərəfli əlaqələrin gücləndirilməsi prioritetdir. Azərbaycan daim türk dünyasının inteqrasiyası üçün mühüm təşəbbüslərlə çıxış edir və bu yöndə əməli addımlar atır. Bütün bunların fonunda Prezidentimizin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi mühüm hadisədir”.

  • Нравится
  • 0
Hi, let's get acquainted https://www.google.com/url?q=https2F%2Fbit.ly%2F3sWTpNV&sa=D&sntz=1&
;usg=AOvVaw1yMxjMD1ufDEaNkJIjJ5SL Ema
действия
Şou Biznes